"Hovers group” MMC-ə məxsus Avtonəqlİyyat vasİtələrİ, tİkİntİ texnİkaları, avadanlıq və alətlərİ:

İstehsal olunmuş məhsulların sifarişçilərin ünvanına çatdırılması məqsədi ilə GPS quraşdırılmış nəqliyyat vasitələri mərkəzi dispetçer tərəfindən izlənilir. Bu onların ünvandan yayınma və sürət həddini aşma ehtimalını sıfıra endirir. Hovers Group şirkətinin bütün nəqliyyat vasitələrinə GPS qurğuları quraşdırılmışdır.



Hovers Group Metal Zavodu

Hovers Group MMC Bakıda yerləşən Metal zavodunda istənilən formalı metal tir istehsalını həyata keçirir və bu tikinti materiallarının lazımi istiqamətlərə çatdırılmasını təmin edir.



Hovers Beton

Hovers Beton Azərbaycanda ən keyfiyyətli beton istehsalçılarından biridir. Keyfiyyət məsələsinə gəldikdə Hovers Beton ucuz materiallardan istifadə etmir. Müştərilər istehsalatlarında güclülük, davamlılıq, dözümlülük xüsusiyyətlərini artırmaq üçün Hovers Betona etibar edə biləcəklərini bilirlər. Tədarükçülərimiz ilə uzunmüddətli əlaqələrimiz Hovers Betonda ən yüksək keyfiyyətli xam materialların olmasına sübutdur. “Hovers Group” MMC-ə məxsus beton zavodumuzda 4 ədəd 100 ton tutumlu silos çənlərimiz, ümümi həcmi 80m3 olan 4 ədəd innert material bunkeri, 3 ton tutumlu sement dolumu bunkeri vardır. Zavod saatda 123m3 beton, gündə isə 2880m3 beton istehsal etmək gücünə malikdir. Zavod avadanlıqlarının elektrik paneli Tekno Sistem istehsalıdır. 10m3 tutumlu beton qarışdıran maşın 4.5 dəqiqə ərzində hazır beton ilə doldurulur və yola salınır.

Akustik Panellər

Hovers Groupun istifadə etdiyi Amerika və Almaniya istehsalı hər tərəfli və sərfəli akustik lövhələr səs absorbsiyasının və səs keyfiyyətinin əsas kriteriya olduğu məkanlar üçün dizayn olunmuşdur. Quraşdırılması çox asan olan bu lövhələr estetik və səs absorbsiyası məqsədli istifadə üçün nəzərdə tutulmuşdur. Az məsrəflə, səs uducu mühit yaradaraq istənilən otaqda artıq səs-küyü aradan qaldırır. Sərt akustik əsasda dizayn edilmiş akustik lövhələr səs əleyhinə material və ya boyalı örtüklə əhatə olunmuşdur. Asan quraşdırılan, səs keyfiyyətini artıran və səs-küyün yayılmasının qarşısını alan bu məhsullar otaqda nitqin aydınlığını artırmaq üçün böyük imkan yaradır.