Philips İşıqlandırma innovativ işıqlandırma həllərinin inkişafı, istehsalı və tətbiqində tanınmış təcrübə ilə qlobal bazar liderliyini özündə saxlayır. Ötən 123 il ərzində bir çox nailiyyətlərə imza atmışdır ki, bu da şirkətin bugünki gücünə əsas yaradır və rəqəmsal transformasiyada liderliyinə zəmanət verir.

Philips istehsalın bütün sahələrində insanların işıqlandırma ehtiyaclarına yönəlir. Qapalı ərazilərdə evlərin, mağazaların, ofislərin, məktəblərin, otellərin, fabriklərin və xəstəxanaların işıqlandırılması, açıq sahələrdə isə yolların(küçə və avtomobil işıqlarının) və ictimai sahələrin, yaşayış sahələrinin və idman arenalarının işıqlandırılması xidmətlərini yerinə yetirir. Bundan əlavə, Philips bağçılıq və su saflaşdırma kimi xüsusi sahələrdə işıqlandırmanın xüsusi tətbiqlərini təklif edir.

Philips ilə Azərbaycanda işlədiyimiz ən son layihələr aşağıdakılardan ibarətdir:

• Milli Gimnastika Arenasının daxili işıqlandırma sistemlərinin ve akustik avadanlıqlarının quraşdırılması;

• Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən Akedemiyasının İdman zalının( konfrans otaqları, idman obyektləri) işıqlandırma və səsləndirmə işləri;

• Azərbaycan Hava Yolları QSC-in "DALI BALAST"-a uyğun işıqlandırma cihazlarının təchizatı;

• Bahar Energy Əməliyyat Şirkətinin Azerbaycandakı nümayəndəliyinə partlayış əleyhinə və yanğına davamlı işıqlandırma cihazlarının təqdimatı və təchizatı;

• Garant Holdingin sifarişi ilə və MACE şirkətinin inşaat menecerliyi altında “Trump Hotel” layihəsi üzrə çöl balkon işıqlandırma cihazlarının təchizatı;

• Paşa İnşaatın sifarişi ilə və MACE şirkətinin inşaat menecerliyi altında “Caspian Waterfront” layihəsi üzrə daxili və fasad işıqlandırmasının təmin olunması;

• Bakı şəhərindən 20 km şimalda yerləşən Heydər Əliyev Beynəlxalq Aeroportunun işıqlandırma sisteminin quraşdırılması;

• Heydər Əliyev adına İdman-Konsert Kompleksi ətrafındakı park sahəsinin işıqlandırma sisteminin quraşdırılması. Əsas işlər Kompleksə geden yollarda və ağaclarda işıqlandırma sistemlərinin quraşdırılmasından ibarətdir;

• Bakı Beynəlxalq Dəniz Vağzalı yaxınlığında yerləşən və hündürlüyü 166,6 metr olan “Aypara oteli”nin işıqlandırma sisteminin quraşdırılması;

• Bakıda yerləşən və hündürlüyü 310 metr olan Televiziya Qülləsinin işıqlandırma sisteminin quraşdırılması;

• Xəzər TV-nin yeni ofis binasının işıqlandırma sisteminin quraşdırılması.

      • >

      Pilosio tikinti sahələri , həmçinin təmir və bərpa işləri üçün lazım olan müvəqqəti konstruksiya məhsulları üzrə qızıl standartdır.Öz güclərini şirkətin missiyasının yerinə yetirilməsinə həsr edən şirkətin 200 işçisinin təcrübəsi şirkətə hərtərəfli xidmət göstərmək imkanı verir. Pilosio bunları və bundan da artığını təklif edir, müştərilərinə tikinti avadanlıqları və həyətyanı sahələrin texniki baxım xidmətlərini təklif edən, bütünlüklə İtalyan şirkəti 1961-ci ildən bəri öz diqqətini keyfiyyət və innovasiya üzərində cəmləmişdir.

      Güc. Keyfiyət. Nizam-intizam. Bunlar dinamik şirkətin davamlı inkişafına yol açan fundamental dəyərlərdir..

          LIGHTFORCE-un qeyri-adi əhvalatı 25 il bundan əvvəl Cənubi Avstraliyanın Cleveland şəhərində təsisçiləri Dr Raymond Dennis(Ray) ilə başlamışdır. Mülkündə istifadə etmək üçün yüksək keyfiyyətli və dayanıqlı projektor axtarışları boşa çıxdıqdan sonra bunu özü yaratmaq qərarına gəlir … və necə deyərlər, qalanı öz-özlüyündən gəlir.

          Uzaqgörən və geniş dünyagörüşü olan Ray yüngül və portative projektora olan potensial tələbi hiss edirdi. Bu, professional məqsədlər üçün istifadədə kifayət qədər güclü sistem idi.

          Ray tezliklə özünün ilk kommersiya məqsədli işıqlandırma sistemini istehsal edir. Onun orijinal dizayna malik işıqlandırma sistemləri professionallar və idmançılar arasında bəyənilir, bu məhsulların istehsalı artırılır və daha da təkmilləşdirilir. Ənənəvi bazara fərqlilik gətirən bu sistemlər uğurun və brendin populyarlığının artmasına təminat yaratdı.

          LIGHTFORCE hazırda Cənubi Avstraliyanın Adelaida şəhərində mərkəzləşmişdir və 50-dən artıq işçi heyətinə malikdir.